Accessibility links

Bakıda GUAM sərhəd xidməti rəhbərlərinin görüşü olub


Bakıda GUAM -Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova dövlətlərinin sərhəd qurumları rəhbərlərinin üçüncü iclası keçirilib. İclasda sərhəd qurumları arasında əməkdaşlığın istiqamətləri, nəqliyyat dəhlizlərinin təhlükəsizliyi, beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, silah və narkotik maddələrin qaçaqmalçılığı, qeyri-qanuni miqrasiya və digər növ cinayətlərlə mübarizə üzrə səylərin birləşdirilməsi, sərhəd xidmətləri arasında məlumat mübadiləsi, dəniz təlimlərinin keçirilməsi, ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Azərbaycan sərhəd xidmətinin rəisi Elçin Quliyev bildirib ki, 2006-cı il üçün GUAM ölkələri sərhəd xidmətəlirinin əlaqə planı imzalanıb. Onun sözlərinə görə, sənəd sərhəd təlimlərinin keçirilməsi və kadr potensialının artırılmasını nəzərdə tutur. Azərbaycan Sərhəd xidmətminin rəhbəri beynəlxalq terrorizm, separatçılıq və narkotik qaçaqmalçılığı məsələsinin də geniş müzakirə mövzusu olunduğunu deyib. Onun sözlərinə görə, bu məsələlər GUAM ölkələrinin hamsının diqqət mərkəzindədir. Cənab Quliyev bildirib ki, sərhəd keçid məntəqələrində rejimlə bağlı qanunvericilik bazalarının uyğunlaşdırılması məsələsi də müzakirə mövzusu olub. Onun sözlərinə görə, müzakirələr kommunikasiya xətləri, nəqliyyat dəhlizləri və neft-qaz kəmərloərinin təhlükəsizliyi sahələrini də əhatə edib. Cənab Qliyev bu günlərdə müxalifətin Azadlıq seçki blokunun təşkil etdiyi beynəlxalq konfransa gələn Ukraynanın Pora təşkilatının rəhbərlərindən olan, bu ölkənin xarici işlər nazirliyinin müşaviri Yevgeni Yevtuşenkonun Azərbaycana buraxılmamasına da aydınlıq gətirib.
XS
SM
MD
LG