Bakıda sərbəst, klassik-Roma güləşi və qadın güləşçilərin növbəti dünya çempionatı başlayıb. Açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyev və Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Rafael Martinetti qatılıb.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov bildirib ki, çempionatda 102 ölkədən 2500-dən çox idmançı iştirak edir. Onun sözlərinə görə, hər çəki dərəcəsi üzrə birinci 8 yeri tutan idmançılar Pekin olimpiadasına lisenziya qazanacaq.
Cənab Martinetti isə Azərbaycanda güləş üzrə keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.
Çempionatın ilk günündə 55, 60 və 66 kiloqram çəki dərəcələrində yarışan yunan-roma güləşçiləri çıxış edib. İlkin məlumatlara görə, iki Azərbaycan güləşçisi Pekin olimpiadasına lisenziya qazanıb. Çempionatın ilk günü ən çox alqışlanan isə Azərbaycan güləşçisi Rövşən Bayramov olub. O 55 kiloqram çəki dərəcəli güləşçilərin ilk qarşılaşmasında Ermənistan güləşçisi, Avropv çempionu Roman Amoyan üzərində qələbə qazanıb.
Son məlumatlara görə isə 66 kiloqram çəki dərəcəsində Azərbaycan pəhləvanı Fərid Mansurov dünya çempionu olub.