Accessibility links

ABŞ Azərbaycanın Qum məbədinin bərpası üçün qrant ayırıb


Azərbaycanın İnşaat və Memarlıq Universitetində Qax rayonunda yerləşən Qum abidəsinin bərpası üçün ABŞ Konqresinin səfir fondu Proqramının qrantının verilməsi ildə bağlı təbdir keçirilib. İnşaat və Memarlıq Universitetinin rektoru Gülçöhrə Məmmədova bildirib ki, universitetin mütəxəssisləri alınan qrant hesabına 5-ci əsrə aid olan Qum abidəsinin mövcud vəziyətinin qorunub saxlanması üçün işlər görəcək. Xanım Məmmədova İnşaat və Memarlıq Universitetinin mütəxəsislərinin bundan öncə Norveç hökumətinin qrantı hesabına Şəkidə dünyanın ən qədim məbədlərindən olan Kiş və Qəbələdə Nic məbədini bərpa etdiyini də bildirib. ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bildirib ki, Qum abidəsi ABŞ Konqresinin Səfir Fondu Proqramına 156 səfirin təqdim etdiyi layihələrdən biridir. Onun sözlərinə görə, təqdim olunan layihələrdən 87-si seçilib və Qum abidəsi layihəsi üçün 30.000 dollar qrant ayrılıb. «Baxmayaraq ki, bu beşinci əsrə aid kərpic və daşdan çox möhkəm tikilmiş bazilikadır. Ancaq onun qorunmasının zəif olması dağılmasına səbəğ olub. Bu çox unikal bir abidədir, yenidən bərpası turistlərin cəlbi və tarixçilər üçün vacibdir»-deyə o qeyd edib . Mədəniyyət naziri Polad Bülbüloğlu ölkədə 7.000 aşkar edilmiş abidənin olduğunu deyib. Onun fikrincə, bu abidələrin bərpası Azərbaycan hökumətinin gücündə deyil. Təhsil naziri Misir Mərdanov qrant üçün ABŞ hökumətinə minnətdarlıq bildirib. Eyni zamanda, nazir Azərbaycan ictimaiyyətini tarixi abidələrin bərpasına kömək etməyə çağırıb.
XS
SM
MD
LG