Accessibility links

ABŞ Beynəlxalq İnkişaf Agentilyi Azərbaycanda reproduktiv sağlamlıqla bağlı proqram reallaşdırır


ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə "Hamiləliyin planlaşdırılması - vaxtını düz ceçin!" devizi altında "NAR" Milli Media Kampaniyasının başlanmasına həsr olunmuş tədbir keçirib. Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders, səhiyyə nazirinin müavini Sənan Kərimov iştirak edib. Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması üzrə məsləhətçi Akif Həsənov bildirib ki, Reproduktiv Sağlamlıq Xidmətlərinin Əldə Edilməsi Mümkünlüyü, Keyfiyyəti və İstifadəsi layihəsi ABŞ-ın Benyəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilir və bu, dünya üzrə Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması xidmətinin inkişaf etdirilməsi sahəsində Qlobal Əməkdaşlıq çəriçvəsində həyata keçirilən 5 illik layihədir. Onun sözlərinə görə, layihə 2004-cü ilin oktyabrından başlayaraq Azərbaycanın 14 rayonunda qadınların və ümumiyyətlə ailələrin sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyət həyata keçirir. Yaxın zamanlarda layihənin hədəfiinə Bakı və Abşeronun seçilmiş icmaları da daxil olunacaq. Səhiyyə nazirinin müavini Sənan Kərimov nazirliyin proqramı dəstəklədiyini bildirib və layihənin ölkədə ailə planlaşdırılması istiqamətində maarifləndirmə və təbliğat işlərinin aparılmasında əhəmiyyətini qeyd edib. O, eyni zamanda Azərbaycan hökumətinin qadın və uşaqların sağlamlığı istiqamətində apardığı işlərdən də danışıb. ABŞ səfiri Enn Dersi xalqın sağlamlıq və firəvanlığının qadınların və uşaqların sağlamlığı ilə bağlı olduğunu deyib. Səfirin sözlərinə görə, dünyada hər il arzuolunmaz hamiləliyin dayandırılması nəticəsində 74.000 qadın dünyasını dəyişir. Azərbaycanın Mama-Ginekologiya Elmi Tədqiqat institutunun direktoru Faizə Əliyeva bildirib ki, layihə çərçivəsində 1996-2004-ci illərdə Azərbaycanda 1 mln 450.000 ədəd pulsuz konstraseptivlər paylanıb. Həkimin dediyinə görə, pulsuz konstraseptivlərin paylanması dayandırıldıqdan sonra yenidən uşaq ölümü və abortların sayı artıb. Xanım Əliyeva həmçinin hazırda Azərbaycan Səhiyyə nazirliyinin ailə planlaşdırılması sahəsində 2008-2015 ci illəri əhatə edəcək milli strategiya hazırladığını da diqqətə çatdırıb.
XS
SM
MD
LG