Accessibility links

Avropa Şurasının insan haqları üzrə komissarı Gürcüstanda araşdırmalar aparır


Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Tomas Hammerberqin Gürcüstana bir həftəlik səfəri başlayıb.

Komissra insan hüquqları və humanitar müdafiəni təcili təmin etmək üçün altı prinsipə əməl olunmasının hazırki vəziyyətini araşdıracaq. Bu barədə Avropa Şurasının məlumatında deyilir.

"Səfər ötən il baş verən münaqişədən zərər görmüş ərazilərdə insan haqları və humanitar prinsiplərə ehtiram göstərilməsi ilə bağlı həyata keçirdiyim və hazırda davam edən monitorinqin bir hissəsidir. Aidiyyatı olan bütün tərəflərlə dialoq qurmaq və sentyabrda təqdim olunan altı prinsipin icrasını daha da artırmaq niyyətindəyəm" – deyə cənab Hammerberq qeyd etdib.

Komissar Tbilisi, Suxumi, Qali rayonu və Kodor dərəsindəki müvafiq insan hüquqları təsisatlarının nümayəndələri ilə görüşəcək. O, yerli hakmiyyət nümayəndələri, BMT-nin Gürcüstandakı Müşahidə Missiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsi də daxil olmaqla beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirəcək. Bundan başqa Suxumidə insan haqları və humanitar məsələlərlə məşğul olan müvafiq dairələrlə də görüşlər keçirəcək.


XS
SM
MD
LG