Accessibility links

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Azərbaycanda səfərdədir


ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Azərbaycanda səfərdədir. O bu gün Azərbaycanın media və jurnalist təşkilatları nümayəndələri ilə görüş keçirib.
Turan Agentliyinin məlumatına görə, görüşlərdə söz və mətbuat azadlığı, həbs edilən jurnalist və blogerlərin problemi, Azərbaycanda media sahəsində qanunun təkmilləşdirilməsi, Azərbaycanda xarici yayım məsələlərinə toxunulub.
Cənab Haraşti bu gün həmçinin cəzaçəkmə müəssisələrində “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Eynulla Fətullayeva baş çəkib.
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi sabah Azərbaycan rəsmiləri ilə görüşlərə başlayacaq.

XS
SM
MD
LG