Accessibility links

Azərbaycan jurnalistləri həbsxanada aclığa başlayıb


«Müxalifət» qəzetinin Bayıl həbsxanasında saxlanan baş redaktoru Rövşən Kəbirli bu gün aclıq aksiyasına qoşulub, Qəzetin həbsdə olan digər əməkdaşı Yaşar Ağazadə isə mayın 29-dan aclıq edir. «Media hüquqları» institutunun məlumatında deyilir ki, Yaşar Ağazadənin səhhətində problemlər yaranıb. «Hər iki jurnalist Azərbaycanda söz azadlığına qarşı yönələn ardıcıl basqılara, jurnalistlərin qanunsuz olaraq həbsə atılmasına, habelə ağır saxlanma şəraitinə etiraz edir»-deyə xəbərdə qeyd edilir. Dünən Ombudsman Aparatının nümayəndələri jurnalistlərə baş çəkib. Hazırda Azərbaycanın yeddi jurnalisti həbsdədir. Onların əksəriyyəti böhtan ittihamı ilə həbs olunub.
XS
SM
MD
LG