Accessibility links

Azərbaycanda hərbçi 4 hərbçi yoldaşını qətlə  yetirib   


Ötən şənbə Azərbaycan Müdafiə nazirliyinin hərbi hissələrinin birində bir hərbçi xidməti silahından öz hərbçi yoldaşlarına atəş açıb. Nəticədə 4 hərbçi həlak olub, biri isə ağır yaralanıb.
Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidməti faktı təsdiq edib. Mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu “Amerikanın səsi” radiosuna bildirib ki, cinayəti törədən kiçik çavuş Orxan Tofiq oğlu Səfərov həbs olunub. “Cinayətin motivini istintaq müəyyən edəcək”.
Hərbi Prokurorluqdan isə “Amerikanın səsi” radiosuna hərbi təlim zamanı baş vermiş hadisə ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə və iki və ya daha çox şəxsi öldürməyə cəhd maddələri ilə cinayət işi başlandığını bildiriblər.
Turan Agentliyi qeyri-rəsmi mənbələrə əsaslanaraq bildirir ki, hadisəyə nizamnamədən kənar davranış, daha dəqiq isə, Səfərovun xidmət yoldaşları tərəfindən təhqir edilməsi səbəb olub.

XS
SM
MD
LG