Accessibility links

Hüquq müdafiəçiləri Azərbaycanda insan azadlıqları sahəsində geriləmələrin olduğunu bildirib


Bir qrup hüquq müdafiəçisi insan haqlarının prezident seçkiləri öncəsi durumu ilə bağlı mətbuat konfransı keçirib. Hüquq müdaqfiəçiləri son beş ildə Azərbaycanda insanların fundamental azadlıqları və sosial hüquqları sahəısində ciddi geriləmələrin olduğunu bildirib. Hüquq müdafiəçisi Səadət Bənənyarlının sözlətinə görə, prezident seçkiləri qabağı insan hüquqları sahəsində heç bir irəıliləyiş qeydə alınmır.

Hüquq müdafiəçisi insanların pensiya hüququq sahəsində hətta diskriminasiyaya yol verildiyini önə çəkib. Onun dediyinə görə, çoxsaylı insanlar pensiyalarının azlığından əziyyət çəkir. Bununla yanaşı, "Əmək pensiyası haqqında" qanunda minimum əmək haqları qaldırılanda bu yalnız keçmiş kommunist partiyasının nomenklaturasında olanların, vəzifə sahiblərinin və keçmiş deputatların pensiyasının artmasına imkan verir. Nədənsə qanunvericilikdə müəllimlərin, həkimlərin və digər insanların pensiyasının minimum əmək haqqına uyğunlaşdırılmçması əksini tapmayıb.

Dilarə Əliyeva adına Qadın Hüquqlqrı Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, ölkədə minimum istehlak səbəti 105 manat olduğu halda sosial pensiyalar hələ də 60 manat olaraq qalır. Bu isə insanların ağır sosal durumunu daha da ağırlaşdırır.

Hüquq müdafiəçisi ölkədə 33 nəfər siyasi məhbusun olduğunu deyib. Onun sözlərinə görə, bu insanlara verilmiş ittihamılar beynəlxalq aləmdə gülüşlə qarşılanır.

Xanım Cəfəroğlunun dediyinə görə, siyasi məhbus siyahısında olanlatrın yalnız 5 nəfəri jurmnalıist və hüquq müdafiəçisidir, qalannları keçmiş məmurlardır və hazırki hakimiyyətin komandasında işləyib.

Hüquq müdafiəçisi son illər vətəndaşların mülkiyyət hüququ sahəsində kütləvi pozuntuların qeydə alındığını bildirib. Onun dediyinə görə, insanlar öz evlərindən çıxarılır və onlar mənzillərini öz istədikləri qiymətə sata bilmir.

Öz növbəsində, Prezidentin İcra Aparatının ictimai siyasi şöbəsinin müdiri Əli Həsəsnov hüquq müdafiəçilərinin dediklərini təkzib edib. Şöbə müdiri hesab edir ki, son beş ildə insanların siyasi və sosal hüquqları ilə bağlı müvəffəqiyyətli irəliləyişlər olub.

XS
SM
MD
LG