Accessibility links

Türkiyə prezidenti ilk səfərini Azərbaycana edib


Türkiyə prezidenti Abdulla Gül Azərbaycana üçgündük rəsmi səfərə gəlib. Azərbaycan və Türkiyə prezidetlərii təkbətək və sonra geniş tərkibdə görüş keçirib. Görüşlərin nəticəsi olaraq iki ölkə arasında beş sənəd imzalanıb. Bunlar, iki ölkə prezidentinin strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə əməkdaşlıq haqqında Memorandum, Azərbaycan və Türkiyə Hökuməti arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında saziş, Azərbaycan və Türkiyə Hökuməti arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında Saziş, iki ölkə arasında uzunmüddətli ticarət və iqtisadi əməkdaşlıq proqramı və İcra planıdır. İmzalanma mərasimindən sonra prezidentlər mətbuat konfransı keçirib. Prezident İlham Əliyev iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərin yüksək səviyyədə olduğunu bəyan edib. Siyasi məsələlərə gəlincə, cənab Əliyev Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə dair tutduğu mövqedən razılığını bildirib. "Türkiyə həmişə bizim yanımızda olub və biz daim bu dəstəyi hiss etmişik". Azərbaycanın Kipr probleminə münasibətini ifadə edən cənakb Əliyev bildirib ki, bu mövqe BMT-nin məlum qərarlarının yerinə yetirilməsi zərurətinə əsaslanır. Cənab Əliyev Türkiyənin PKK terrorçularına qarşı əməliyyatlarını dəstəklədiinyə də bəyan edib. Dövlət başçısı Azərbaycan və Türk diasporalarını erməni lobbisinə qarşı mübarizədə səyləriqt birləşdirməyə çağırıb Türkiyə prezidenti Abdulla Gül danışıqları çox səmərəli və mühüm adlandırıb. O böildirib ki, danışıqlar ikitərəfli münasibətlərin bütün aspektlərini, Qarabağ münaqişəsini və digər regional problemləri əhatə edib. Türkiyə hesab edir ki, Qarabağ münaqişəsi sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü daxilində tənzimlənməlidir. Türkiyə Cənubi Qafqaz regionunda sülh və sabitliyin dəstəklənməsi üçün bütün səylərini birləşdirməyə hazırdır. İqtisadi aspektlərə toxunan cənab Gül ikitərəfli əlaqələrin inkişafında və regional əməkdaşlıqda qlobal energetika və nəqliyyat layihələrinin böyük rolunu qeyd edib. O, bu təcrübənin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib və Türkmənistanı Xəzər qazının Avropaya çıxarılması üzrə TransXəzər qaz kəməri layihəsinin həyata keçirilməsində iştirak etməyə çağırıb. O qeyd edib ki, yaxın gələcək üçün əsas vəzifələr Bakı-Tbilisi-Qars kimi böyük nəqliyyat layihələrinin reallaşması məsələləri olacaq. Türkiyə biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı haqqında danışan cənab Gül deyib ki, 2 mindən çox türk firmasının Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 2,5 mlrd. dollar təşkil edib. Energetika sahəsinə qoyulmuş investisiyalar nəzərə alınmaqla, türk investisiyalarının həcmi 5 mlrd. dollar təşkil edib. Türk firmaları Azərbaycanda 50 min iş yeri açıb və bu proses davam edir.
XS
SM
MD
LG