Neft Araşdırmalar mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, 2011-ci ilədək Avropanın qazla təchizatında Azərbacynanın rolu sürətlə artacaq. Onun fikrincə, Qazax və Türkmən qazının Azərbaycan vasitəsilə Avropa bazarına çıxarlıması ilə bağlı yaxın zamanlarda danışıqlar prosesi genişlənəcək. Ekspert həmçinin Nabukko layihəsinin reallaşcağına inanır. Onun fikrincə, Xəzər regionu qazının Avropa bazarına çatdırılması layihəsi ABŞ və Avropa Birliyi ölkələri tərəfindən dəstəklənir.