Azərbaycan Maliyyə Nazirliyində Azərbaycan və Amerika arasında “ABŞ hökuməti ilə
Azərbaycan hökuməti arasında Azərbaycanda Seçilmiş Amerika Hökuməti Yardım Proqramlarının Birgə Maliyyələşdirilməsi üzrə Anlaşma Memorandumu” imzalanıb.
Sənədi Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, ABŞ tərəfdən isə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə əlaqələndiricisi Skot Teylor imzalayıb.
AzərTac agüentliyinin məlumatına görə. memorandumda 2009-2011-ci illərdə Azərbaycanda USAİD tərəfindən həyata keçiriləcək “Ticarət və investisiya”, “ Xərclərin planlaşdırılması və idarə olunması”, “Özəl sektorun rəqabətliliyi” və “Regional sosial iqtisadi inkişaf” proqramlarının birgə maliyyələşdirilməsi nəzərdə tutulur. Proqramların ümumi büdcəsi 45 milyon dollardır. Vəsaitin 24,3 milyon dollarını ABŞ hökuməti, 20,7 milyon dollarını Azərbaycan hökuməti ayıracaq.