Accessibility links

AMİP İranda insan hüquqlarının pozulmasına etiraz edir


AMİP-in bir qrup fəalı İranın Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib. Cəhdin qarşısı polis tərəfindən alınıb, onadək fəal saxlanıb. Aksiya iştirakçıları İranda yaşayan azərbaycanlı əhalinin hüquqlarının pozulmasına etiraz edib və «Siyasi məhbuslara azadlıq!», «Ababs Lisaniyə azadlıq!», «Rza Abbasiyə azadlıq!» şüarları qaldırıb. AMİP Nərimanov rayon təşkilatının sədri Ələddin Əsgərov bildirib ki, İranda siyasi məhbuslar azadlığa buraxılmayınca etirazlar davam etdirələcək. O həm də sabahkı beynəlxalq qadınlar bayramı münasibətilə İranda insan hüquqları uğrunda mübarizədə həbs olunmuş qadınları təbrik edib. AMİP Gənclər təşkilatının fəalı İlahə Salamzadə İranda öz azadlınqları uğrunda mübarizə aparan qadınların həbsdən azad edilməsini tələb edir. Onun fikrincə, qadını azad olmayan ölkədə inkişaf yoxdur. Piketin qətnaməsini AMİP Nəsimi rayon təşkilatının sədri Azər İsgəndərov oxuyub. Sənəddə İran rejiminin insan hüquqlarına hörmət etməsi tələb olunur. Yeri gəlmişkən bildirim ki, İranda insan hüquqlarının pozulması məsələsi Azərbaycan parlamentinin dünənki plenar iclasında da deputatların diqqətində olub. Deputat Nəsib Nəsibli İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı parlamentdə dinləmələr keçirilməsini və Azərbaycan xarici işlər nazirinin məsələyə münasibət bildirməsini təklif edib. Deputat həmçinin Xocalı soyqırımı ilə bağlı Tehranda keçirilən dinc aksiyanın polis tərəfindən dağıdılmasının, iştirakçıların həbs edilməsinin, işgəncələri ilə dünyada məşhur olan Evin həbsxanasına salınmasının araşdırılmasını tələb edib.
XS
SM
MD
LG