Accessibility links

İran səfiri Azərbaycan-İran münasibətlərinin uğurundan danışıb


İranın Azərbaycandakı səfiri Əfşar Sülyemani 2006-cı ili iki dövlət arasındakı münasibətlərdə uğurlu adlandırıb. Onun sözlərinə görə, iki ölkə, o cümlədən nəqliyyat və təhsil sahəsində uğurlu əlpaqələr qurub və Azərbaycanda mindən çox İranlı tələbə təhsil alır. Səfir 2007-ci ilin də uğurlar vəd etdiyini diqqətə çatdırıb. Cənab Süleymaninin sözlərinə görə, 2006-cı ildə İranın Azərbaycanla ticarət dövriyyəsi 30 faiz artaraq, 500 miloyn dollara çatıb. Səfir eyni zamanda güman edir ki, BMT-nin İrana qarşı qətnaməsi Azərbaycnala İranın iqtisadi əlaqələrinin inkişafına təsir etməyəcək. . O BMT-nin qətnaməsinə baxmayaraq İranın sülh məqsədilə öz nüvə proqramını davam etdirəcəyini bildirib. . «İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağdakı "konstitusiya referendumunun" nəticələrini tanımır». Bu bəyanatı da İran səfir verib. O qeyd edib ki, Azərbaycan və Ermənistanla qonşu ölkə kimi İran Qarabağ münaqişəsinin nizamlanması işinə töhvə verə bilər. 2007-ci ildə İran qazının Azərbaycana nəqlinə toxunan cənab Süleymani deyib ki, İran prinsip etibarilə qazın ixracına razıdır. «Amma qazın həcmi və qiyməti danışıqlar prosesinin gedişində razılaşdırılmalıdır». İranda azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı bəyanatları cənab Sülyemani yalan adaındırıb. Onun fikrincə, belə məlumatlar İran və Azərabycan dostluğunun düşmənləri tərəfindən yayılır.
XS
SM
MD
LG