Accessibility links

Freedom House hesbatında Azərbaycan qeyri-azad ölkədir


Freedom House beynəlxalq söz azadlığını müdafiə komitəsi 2009-cu il üçün dünyada azadlıqların vəziyyəti haqqında hesabatını açıqlayıb. Hesabatda 193 ölkədə mülki və siyasi azadlıqlar, siyasi plüralizm, ifadə və dini etiqad azadlığı, qanunun aliliyi, fərdi azadlıqlar parametrləri əsasında əsas azadlıqların vəziyyəti qiymətləndirilib.
Azərbaycan azad olmayan ölkələr sırasındadır. Dünyada azad olmayan ölkələrin ümumi sayı 42-dir. Bu sırada Azərbaycanla yanaşı, Rusiya, Belorus, Birma, Şimali Koreya, Çin, Kuba, Türkmənistan, Özbəkistan kimi ölkələr sıralanır. Azad olmayan ölkələr üçün daha neqativ məqam seçim azadlığının, ifadə və mətbuat azadlığının pozulması, korrupsiya, hökumət və dövlət orqanlarının işinin qeyri-şəffaflığı, hüquq-mühafizə orqanlarının özbaşınalığı göstərilir.
Hesabatda həmçinin Azərbaycanın işğal altında olan ərazisi Dağlıq Qarabağda azadlıqların vəziyyəti Azərbaycanın özündə olduğundan daha yaxşı qiymətləndirilib və bu ərazi “qismən azad” adlandırılıb.
Hüquq müdafiəçiləri sənədi real sayır və hesab edirlər ki, fundamental insan azadlıqları təhlükədə olan ölkə azad ola bilməz. Hüquq müdafiəçisi Səidə Qocamanlının fikrincə, vəziyyət günbəgün pisləşir.
Hüquq müdafiəçisi bununla yanaşı Azərbaycanın işğalda olan ərazisində ayrıca qiymətləndirmə aparılmasını qəbul etmir. O işğalçı hərbi rejimin hakimiyyəti altında olan ərazinin qismən azad olmasına da inanmır.
Azərbaycan prezidentinin İcra Aparatının şöbə müdiri Elnur Aslanov Freedom House-in qiymətləndirməsini real saymır. Onun fikrincə, təşkilat qərəzlidir.
Şöbə müdiri tanınmamış respublikalarda qiymətləndirmə aparmasını isə təşkilatın qeyri-peşəkarlığının əlaməti olduğunu deyib.

XS
SM
MD
LG