Accessibility links

İranda yaşayan azərbaycanlıların mədəni hüquqları uğrunda mübarizə aparan milli hərəkatçı Bakıda həbs olunub


Güney Azərbaycan milli azadlıq hərəkatının fəallarından Hadi Musəvi aprelin 6-dan 7-nə geçən gecə Bakıda həbs edilib. Xəbəri Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosu yayıb. Xəbərdə deyilir ki, H.Musəvi 2004-cü ilin iyulunda İranda Bəzz qalasına yürüşdə iştirakına görə həbsə alınıb, işgəncələrə məruz qalıb və 2005-ci ilin sentyabrında İranı tərk edərək Bakıya gəlib. GAMOH bildirir ki, cənab Musəvi Miqrasiya Xidmətinin miqrantlar üçün nəzərdə tutulan təcridxanasında saxlanılır və qurum onun İrana qaytarılcağından ehtiyatlanır. GAMOH-un Bakı bürosunın rəhbəri Ağrı Qaradağlının sözlərinə görə, Miqrasiya xidməti H.Musəvinin sənədlərinin qaydasında olmadığına görə saxlandığını deyib. «H.Musəvi həbsindən 5 gün öncə siyasi mühacir kimi tanınması üçün Bakının Yasamal rayon məhkəməsində məsələ qaldırıb, məhkəmə bu iddianı təmin etməyib. Sonra o Apellyasiya məhkəməsinə şikayət hazırlayıb, amma həbsi işini davam etdirməyə imkan verməyib. H.Musəvi sənədlərini qaydaya salmaq üçün BMT-nin Azərbaycan nümayəndəliyilə işləyirdi».
XS
SM
MD
LG