Accessibility links

İran prezidenti ABŞ-ın hərbi zərbələrini mümkün saymır


Sammitdən sonra İran prezidenti Mahmud Əhmədinejad mətbuat konfrnası da keçirib. O bildirib ki, BMT TŞ nüvə proqramına görə Tehrana qarşı sanksiya tətbiq edərsə bu qeyri-legitim qərar sayılacaq.«Beynəlxalq təşkilatların qərarları hüquqa əsaslanmalıdır, əks halda qeyri-legitimdir. Bu təşkilatlar xalqların hüquqlarını qorumalıdır, 2-3 dövlətin maraqlarına qulluq etməməlidir». "ABŞ-ın İrana hərbi zərbələrinin reallığı ilə bağlı sualın cavabında prezident deyib ki, "bu mümkün olmayacaq". O İranın nüvə proqramına kəskin beynəlxalq reaksiyaya da münasibət bildirib.«İki-üç ölkə var ki, digər ölkələrin inkişafına qarşıdır. Onlar dövlətlərin inkşaf üçün icazə almasını isətyir. Heç bir ölkə bunu qəbul etməz. Bizim hərəkətlərimiz və mövqeyimiz beynəolxalq hüquqa uyğundur. Onların nüvə enerjisi var, hətta bomğbaları da var. Bizə deyirlər sülh məqsədilə nüvə enerjimiz olmasın. Əgər nüvə yanacağı pisdir, onların niyə olsun, əgər yaxşıdır bizim niyə olmasın. Biz sülh və ədalət istəyirik». «Rəsmi Tehranın Azərbaycanın İran problemilə bağlı mövqeyindən razıdırmı" sualının cavabında isə cənab Əhmədinejat bunları deyib. «Region ölkələri dost və qardaşdır. Bizim əməkdaşlığımız regionda təhlükəsizliyin qarantıdır. Region ölkələri təhlükəsizliyi təmin etməyə qadirdir və kənardan müdaxilənin əleyhinədir». O İranın Ermənistan –Azərbaycan münaqişəsində kimin tərəfində olması barədə suala birmənalı cavab verməyib. Prezident, «Tehran nizamlanmanın ədalətli həllinə tərəfdardır»- deyə bildirib.
XS
SM
MD
LG