Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Tehran konfransı hövzənin hüquqi statusu ilə bağlı danışıqlar prosesində növbəti addımdır». Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Tehran səfərinin yekunlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, xarici işlər nazirlərinin konfransında dövlət başçılarının Tehranda keçirilməsi nəzərldə tutlan zirvə toplantısı zamanı imzalanacaq bəyannamə laiyhəsində olan fikir ayrılıqları alradan qaldırılıb.
Cənab Xələfovun fikrincə, bəyannamə layihəsində dənizin hüquqi statusundan söhbət getmir. Onun çəriçvəsi müəyyənləşdirilir.
O İran tərəfinin mövqeyində dəyişiklik yoxdursa prezidentlərin zirvə görüşü hansı məsələni həll edə bilər?- sualından yayınıb və bu ölkə ilə ikitərəfli danışıqların davam etldirildiyini bildirib. Nazir müavinin sözlərinə görə, Tehranda Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin ikitərəfli formatda görüşlərində də Xəzər məsələsi müzakirə edilib. Cənab Xələfov iyulun ikinci yarısında Azərğbaycan nümayəndə heyətinin Aşxabada səfəri çərçivəsində məsələnin müzakirəsinin davam etdiriləcəyini deyib.
Nazir müavini Azərbaycan xarici işlər nazirinin ikitərəfli formatda İran xarici işlər naziri, parlamentin sədri və prezidintlə görüşlər keçirilidiyini də deyib. Görüşlərdə Qəbələ RLS-dən birgə istifadə məsələləri İran tərəfindən qaldırılıb.
Görüşlərdə həmçinin İran prezidentinin Azərbaycana nəzərdə tutaln rəsmi səfəri ilə bağıl məsələlər də müzakirə edilib.