Accessibility links

İran səfiri Azərbaycandan Buşer AES-ə yüklərin daşınmasının davam etdiriləcəyini bildirib


İranın Bakıdakı səfiri Naser Həmidi Zare bu gün keçirdiyi mətbuat konfransında Fələstin problemi və Qarabağ münaqişəsini müqayisə edib. Onun fikrincə, Fələstin və Azərbaycan eyni şəkildə işğala məruz qalıb. Səfir dünyadakı münaqişələrə baxışda ikili standartların olduğunu da diqqətə çatdırıb.

Cənab Zare Tehranın Bakıda Azərbaycan-İsrail dostluq parkının açılışı ilə bağlı narazılığını gizlətməyib. Səfir İranın nüvə proqramlarının dinc məqsəd daşıdığını və şaffaf olduğunu deyib. O İranın beynəlxalq təzyiqlərə davam gətirəcəyinə də işarə edib. Cənab Zare hesab edir ki, İran beynəlxalq təşkilatların bütün təkliflərini diqqətlə öyrənir.

Azərbaycanın "Buşer" AES üçün yükü saxlamasını şərh edən səfir bildirib ki, bu, texniki məsələ idi və yük BMT sanksiyaları altına düşmür. Belə yüklər Azərbaycan ərazisindən İrana əvvəllər də göndərilib və gələcəkdə də davam etdiriləcək.

Öz növbəsində, müstəqil politoloqlar İran-Azərbaycan münasibətlərini səmimi hesab etmir. Politoloq İlqar Məmmədovun fikrincə, Azərbaycanın inkişaf edən dövlətə çevrilməsi İranın maraqları ilə üst-üstə düşmür. Politoloq İranın nüvə ambisiyalarında da səmimi olmadığını deyib. Onun fikrincə, bunu Rusiyanın BMT-nin sanksiyalarına qoşulması bir daha sübut edir.

XS
SM
MD
LG