Accessibility links

İranın müdafiə naziri Azərbaycandadır


İranın müdafiə naziri Mustafa Nacarın Azərbaycana üçgünlük səfəri başlayıb. Bakı hava limanında o bildirib ki, səfər zamanı ikitərəfli hərbi əməkdaşlığın genişləndirilməsinə dair danışıqlar aparacaq.«Mənim səfərim Azərbaycanla İran arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlib. Azərbaycan və İran iki qardaş, dost ölkədir və bizim münasibətlərimiz bütün sahələrdə, o cümlədən, müdafiə sahəsində inkişaf edir. Səfər zamanı bir il əvvəl imzalanmış ikitərəfli razılaşmanın hərbi-texniki əməkdaşlıq üzrə məsələləri müzakirə olunacaq». Cənab Naçar İranın nüvə proqramları ətrafındakı durumla bağlı suala da cavab verib. «İranın nüvə proqramı dinc məqsədlərə yönəlib və bunu gərginlik mənbəyi kimi qələmə vermək istyən bir sıra dövlətlər öz məqsədinə çatmayacaq. Biz bu istiqamətdə planlı iş aparırıq və İran özunun nüvə proqramını dinc məqsədlərlə və milyonlarla iranlının tələb və istəyinə uyğun inkişaf etdirməkdə davam edəcək. İran artıq uranın zənginləşdirilməsi proqramını başa çatdırıb və bayram edib. Biz nüvə proqramının həyata keçirilməsində gərginlik mənbəyi görmürük və bunu davam etdirmək niyyətindəyik»-deyə o qeyd edib.
XS
SM
MD
LG