Accessibility links

İslam Konfransı Təşkilatı ölkələri xarici işlər nazirləri Bakı bəyannaməsi qəbul edib


İslam Konfransı Təşkilatının xarici işlər nazirlərinin 33-cü toplantısı başa çatıb. Sessiyanın yekunlarına əsasən Bakı Bəyannaməsini qəbul olunub. Xarici İşlər nazirləri 2007-ci ildə qarşılıqlı anlaşma və tolerantlıq əldə olunmasında Kütləvi İnformasiya Vasitələrinin rolu barədə xüsusi sessiya keçirməsilə bağlı razılığa gəlib. Bəyannamədə terrorun bütün forma və təzahürləri pislənir, terror qurbanı olan ölkələr dəstəklənir. «Terroru din, mədəniyyət və insanlarla eyniləşdirmək cəhdləri əsassızdır, çünki bu qlobal problem nə din, nə də millətlərlə əlaqədardır. Biz münasibətlərin inkişafını dəstəkləyir, həmçinin İKT ölkələri ATƏT, AB, AŞ, ASEAN, Amerika dövlətləri təşkilatı, Afrika Birliyi də daxil olmaqla, əsas beynəlxalq, regional institutlar arasında yeni əməkdaşlıq perspektivləri axtarır. Artan islamofobiyaya görə çox narahatıq. Dini dözümlülüyə, dinə hörmətə, din azadlığına yardım edərək, sivilizasiya, mədəniyyət və dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın genişləndirilməsi üzrə konkret cəhd göstərməyə çağırırıq» - deyə sənəddə qeyd olunur. Xarici İşlər nazirləri İKT ölkələri arasında enerji resurslarının istismarı və nəqli üzrə əməkdaşlığı sosial və iqtisadi əməkdaşlıqda əhəmiyyətli amil kimi gözdən keçirib. «Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismara verilməsi regiondakı strateji əməkdaşlığın nəticəsidir və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinin tezliklə başa çatmasını səbirsizliklə gözləyirik. İTK ölkələrindən keçən Böyük ipək yolunun bərpası, həmçinin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin layihələri da daxil olmaqla, regionlararası nəqliyyat dəhlizi yaradılmasının mühümlüyünü də qeyd edirik. Biz həmçinin İran və Qazaxıstan arasında enerji resurslarının nəqli, Əfqanıstan, Hindistan, İran, Pakistan və Türkmənistanın daxil olduğu qaz kəməri layihələri də daxil olmaqla, digər regional təşəbbüsləri alqışlayırıq». Sənəddə həmçinin Ərəb– İsrail münaqişəsinin tezliklə dinc yolla həllinin mühümlüyü qeyd edilir. «2006-cı ilin yanvar ayında Fələstində keçirilmiş seçkilər, qanuni hökümətin və digər dövlət orqanlarının müəyyən olunmasında Fələstin xalqı tərəfindən atılmış addımları müdafiə edirik. Ərəb Dövlətləri Liqasının Beyrut sammitində qəbul olunmuş münaqişənin həlli planını, «Yol xəritəsi» planı və dünya üçün torpaq yanaşmasını dəstəkləyir, ABŞ və Avropa Birliyinin Fələstin xalqına yardımını davam etdirməyə çağırırıq» İKT İraqın ərazi bütövlüyünü dəstəkləyir və ölkədəki zorakılığa son qoyulmasını tələb edir. Bəyanamədə üzv ölkələrin atom nüvəsinin dinc məqsədlərlə öyrənmək və hazırlamaq hüququ tanınır. «İran da daxil olmaqla, bu hüquq MAQATE tələbləri və qaydaları çərçivəsində həyata keçirilməlidir»-deyə bildirilir. İKT ölkələri Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyir və erməni qoşunların işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Sənəddə Kipr probleminin həllində Kipr türklərinin mövqeyi dəstəklənir, Kəşmir probleminin nizamlanmasına, həmçinin Somali və Sudanda vəziyyətin yoluna qoyulmasına çağırılır. İKT BMT Təhlükəsizlik Şurasında nümayəndəliyinin olması məqsədilə BMT-də islahatlar aparılmasına tərafdar olduğunu bildirir. İKT ölkələri xarici işlər nazirlərinin yığıncağında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin yandırılması məsələsini qaldırıb. B ubarədə isə Azərbaycan xarici işlər nazirliyinin Mətbuat və İnformasiya İdarəsinin rəisi Tahir Tağızadə məlumat verib. Onun sözlərinə görə, xarici işlər nazirləri Azərbaycan ərazilərinin yandırılması ilə bağlı İKT baş katibinin BMT qarşısında məsələ qaldırılması barədə razılığa gəlib. Cənab Tağızadə son günlər ərəzində Azərbaycanın işğal altında olan Ağdam və Xocalı rayonlarında 13 min ha ərazini yandırırıldığını bildirib. İndi isə İslam Konfransı təşkilatının xarici işlər nazirlərinin toplantısı ilə bağlı bu təşkilatın baş katibi Ekmələddin İhsanoğlunun Amerikanın səsi radiosuna müsahibəsinə qulaq asaq.
XS
SM
MD
LG