Accessibility links

Beynəlxalq Olimpiya komitəsinin prezidenti Azərbaycanda səfərdədir


Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq Azərbaycanda səfərdədir. O prezident İlham Əliyevlə görüşüb, idman kompleksləri ilə tanış olub. Cənab Roqq səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini və Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycanın qarşıdakı Pekin Olimpiadasında şansını yüksək qiymətləndirdiyini bildirib. “Afinadakı Olimpiadada Azərbaycan idmançıları 5 medal qazanıb. Ümid edirik ki, Pekin Olimpiadasında Azərbaycanın daha çox medalı olacaq". Cənab Roqq Azərbaycanın 2016-cı il Yay Olimpiadasının Bakıda keçirilməsi şanslarını qiymətləndirməkdən yayınıb. "Hazırda 7 şəhər Olimpiada keçirilməsi üçün namizəddir, lakin şanslar haqqında danışmaq hələ tezdir. Yalnız son nəticələrin müqayisəsindən sonra şanslardan danışmaq olar”. Prezident İlham Əliyevlə 40 dəqiqəlik söhbət zamanı dövlət başçısı cənab Roqqa yeni idman layihələri, o cümlədən, qış idman növlərinin inkişafı üzrə layihələrdən danışıb. BOK prezidenti etiraf edib ki, dağ-xizək bazasının maketini bəyənib. BOK prezidenti həmçinin bildirib ki, Pekin Olimpiadasında çox ciddi doppinq-nəzarət olacaq. “Əgər əvvəllər doppinq-nəzarət 3500 test üzrə keçirilirdisə, indi artıq 4500 test olacaq”.
XS
SM
MD
LG