Accessibility links

Azərbaycan prezidenti 119 məhkumu əfv edib


Prezidenti İlham Əliyev 119 məhkumun əfv olunması haqqında Fərman imzalayıb. Fərman əsasında 114 şəxs azadlıqdan məhrum etmə cəzasından azad edilib, 2 məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 3 şəxs isə digər cəzalardan azad edilib. Əfv olunanlar arasında son dövrlər həbs olunmuş beş jurnalist,- «Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli, şöbə redaktoru Yaşar Ağazadə, «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlu, yazıçı Raifq Tağı, «Noto-Bene» qəzetinin müxbiri Fərəməz Allahverdiyev və bir neçə il öqcə həbs edilmiş müxbir Şövqi Vaqifoğlu var. Bununla yanaşı, «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayev, «Azadlıq» qəzetinin satirik-yazarı Mirzə Sakitin əfv edilməyib.. Hüquq müdafiəçiləri əfv fərmanının ölkədə siyasi məhbus problemini həll etmədiyini bəyan edir. Siyasi məhbuslar üzrə işçi qrupunun üzvü Səidə Qocamanlı «Amerikanın səsi» radiosuna bildirib ki, jurnalistlər də daxil olmaqla siyasi motivlərlə həbs edilmiş və xəstə məhbuslardan 15 nəfəri azadlığa buraxılıb. Xanım Qocamanlı Avropa Şurasının Azərbaycanda siyasi məhbus üzrə məruzəçisinin bərpa edilməsini vacib sayır. O hüquq müdafiəçilərinin siyasi məhbuslar üzrə işçi qrupunun tərkibindən çıxacağını bəyan edib. Çünki, hüquq müdaifəçiləri 51 nəfərin həbsdən azad edilməsini tələb edir. Sülh və Demokratiya institutunun direktoru Leyla Yunus da əfv fərmanının siyasi məhbus problemini həll etmədiyini bildirir. Onun sözlərinə görə, Azərbaycanın siyasi məhbus problemi ilə bağlı Avropa Şurası qarşısında götürdüyü öhdəlik həllini tapmayıb və siyasi məhbus üzrə məruzəçi bərpa edilməlidir.
XS
SM
MD
LG