Accessibility links

Azərbaycanda daha iki jurnalist həbs edilib


Azərbaycanda daha iki jurnalist həbs olunub və həbsdə olan jurnalistlərin sayı 7-yə çatıb. Son bir ayda isə məhkəmələr beş jurnalist barədə həbs hökmü çıxarıb. Bu gün Yasamal rayon məhkəməsinin hökmü ilə "Müxalifət" qəzetinin redaktoru Rövşən Kəbirli və şöbə redaktoru Yaşar Ağazadə Cinayət Məcəlləsinin xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və böhtan yayma maddəsi ilə hər biri iki il altı ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalistlər «Müxalifət» qəzetində nəşr edilən "AMAY firması: Əliyevlər ailəsinin ticarət nişanı" adlı məqaləyə görə həbsə atılıb və iddianı ölkə prezidentinin əmisi, Milli Məclisin deputatı Cəlal Əliyev irəli sürüb. Cəlal Əliyevin nümayəndəsi İkram Şirinov bildirib ki, qəzet cənab Əliyevi xüususilə ağır cinayətdə ittiham edib. Rövşən Kəbirli həbsə alındığı anda «Amerikanfın səsi» radiosuna müsahibəsində məhkəmənin hökmünü siyasi sifariş adlandırıb. O Avropa məhkəməsinə müraciət edəcəyini də bildirib. Yaşar Ağazadə də həbsini syiasi adlandırıb. Onun fikrincə, demokratik ölkələrdə yazıya görə jurnalisti həbs etməzlər. Vəkil Rəşid Hacılı məhkəmənin hökümünü sərt siyasi qərar adlandırıb və yuxarı məhkəmə instansiyasına şikayət edəcəyini bildirib. Onun fikrincə, jurnalistlərin həbsi ölkənin beynəlxalq imicinə növbəti ciddi zərbə gətirəcək. Məhkəmənin hökmü beynəlxalq ictimaiyyətin Azərbaycanda böhtanla bağlı maddənin cinayət məcəlləsindən çıxarılması tələbi ilə çıxış etdiyi bir vaxta düşür. Vəkil hesab edir ki, indiki məsuliyyətli anda Azərbaycan belə məhkəmə qərarları ilə beynəlxalq ictimaiyyətə meydan oxuduğunu nümayiş etdirir. «Repartyorların azadlığı və təhlükəsizliyi» institutunun rəhbəri Emin Hüseynli Azərbaycanın MDB məkanında jurnalistin həbsinə görə, Özbəkistan və Rusiyanı da keçərək birinci yerdə durduğunu bildirib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar ölkə üçün sanksiyalar tətbiq etməsə hökumət geri çəkilməyəcək.
XS
SM
MD
LG