Accessibility links

Bakıda keçid dövründə demokratiya məsələləri müzakirə edilir


Bakıda "Keçid cəmiyyətində demokratiya" mövzusunda benyəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Prezidentinin İcra Apparatı, Milli Elmlər Akademiyası, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən təşkil olunub. Tədbirdə Azərbaycanın dövlət rəsmiləri, deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri, ABŞ-dan, Rusiyadan, Polşadan, Türkiyədən, Almaniyadan, Ukraynadan, Gürcüstnadan olan ekspertlər iştirak edib. Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev keçid dövründə demokratiya məsələləri ətrafında geniş məruzə ilə çıxış edib. O keçid dövrü üçün xarakterik olan müxtəlif praktikalara müraciət edib və Azərbaycan təcrübəsinə önəmli yer verib. Cənab Mehdiyev demrokratiyaya keçid cəmiyyətlərində mətbuatın xüsusi rolunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan demokratiya quruculuğu sahəsində müəyyən bir mərhələ keçib. Cənab Mehdiyev hesab edir ki, ölkədə demokratiya prosesi 1996-cı ildən başlayıb. Onun fikrincə, 2008-ci ildə prezidentin ikinci müddətə seçilməsi ilə demokratik proseslər daha da inkişaf edəcək. Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz institutunun və İpək Yolu tədqiqi proqramının direktoru Svante Kornel bildirib ki, 90-cı illərdə şərqi Avropa öləkərində demokratiyaya keçid yalnız seçkilərlə məhdudlaşırdı. "Hazırda isə dövlət təsisatlarının qurulması və dövlətin cavabdehliyi məsələsi ön plana çıxır. Bəzi alimlər bunun avtoritar rejimlərin ortaya çıxmasına təkan verəcəyini güman edir. Misal kimi Rusiyada Putin və Venesuela təcrübəsi də var. Davamlı və liberal demokratiya möhkəm dövlətçilik təməli olan dövlətlərdə həyata keçirilə bilər. Buna misal kimi isə Türkiyə və Çin ənənəsi var". O QUAM dövlətlərinin demokratiyaya keçid dövründə olduğunu bildirib. "Bu dövlətlərdə avtoritarizmə meyllər də hiss edilir. Qafqaz ölkələrində bazar iqtisadiyyatına keçidlə demokratiyaya keçid eyni anda başladı. Doğrudur Azərbaycanın 1918-1920-ci illərdə öz dövlətçilik ənənələri də var idi. Ancaq həmin dövrdə də problemlər çox idi". Cənab Korneli hesab edir ki, ABŞ-ın xarici maraqları əsasən təhlükəsizlik, enerji təhlükəsizliyi və demokratiya amilləri üzərində qurulub. "Bu ziddiyətlidir. Uzunmüddətli təhlükəsizlik məsələlərini uzunmüddətli hökumətlər formalaşdıra bilər. Məsələn, Özbəkistanda qərb dövlətlərinin təhlükəsizlik maraqları olsa da, isnan hüquqları məsələsində razılığa gələ bilmədilər". O hesab edir ki, Azərbaycan xüsusiyyətləri islam ölkələrində xüsusi qurumdur. "Bu ölkədə qadınlar Fransadan qabaq səsvermə hüququ qazanıb. Azərbaycan demokrtik dəyərlərə malik bir cəmiyyətdir. Bu ölkənin müsəlman dünyasında ilk dünyəvi dövlət kimi tanınan simvolu var". Ekspert neft gəlirlərinin düzgün istifadəsini vacib sayır. "Neft gəlirləri davamlı inkişafa və sosial sülhün qorunmasına xidmət etməlidir. Ölkənin mürəkkəb geosiyasi durumu var. Şimal və cənub qonşuları Ermənistanı müdafiə edir və hətta hərbi müdafiə edir. Bu cəhətdən Azərbaycanın təhlükəsizliyi qərblə bağlıdır və Avroatlantik strukturlarına inteqrasiyadan keçir. Qərblə əməkdaşlığın genişləndirilməsi üçün isə demokrktik ənənələrin genişləndirilməsi və demokratik seçkilər çox zəruridir. Demokratik seçki hakimiyyətin mütləqliyini əhalinin və beynəlxalq ictimaiyyətin gözündə legitimləşdirir". Onun sözlərinə görə, iki il öncə Özbəkistan qərblə şərq arasında seçim etdi."Ümid edirəm ki, Azərbaycan belə seçim etməyəcək. Azərbaycan azad məhkəmə sistemini qurmalıdır. Bu ölkədə konstitusiya və qanunun aliliyinə əsaslanan liberal dəyərlərin yaranmasına güclü təkan verər. Neft Allahın göndərdiyi nemətdir. Ancaq çox pul olanda ciddi risklər də olur. Burada isə güclü liderə ehtiyac duyulur ki, riskləri minimuma endirsin. İnsanların tənbəlləşməsinə yol verilməsin". Varşava Universitetinin doktoru Marek Barakinski isə kommunist rejiminin ölkəsinin demokratik ənənələrinə vurduğu zərbələrdən, represiyalardan və Polşa xalqının bu rejimə qarşı mübarizə tarixindən danışıb.
XS
SM
MD
LG