Accessibility links

BMT-nin İnkişaf Proqramının yeni rəhbəri təsdiq edilib


BMT-nin Baş Assambleyası Yeni Zelandiyanın sabiq baş naziri Helen Klarkı BMT-nin İnkişaf Proqramının yeni rəhbəri təsdiq edib.
BMT-nin İnkişaf Proqramı BMT–nin müstəqil sürətdə maliyyələşən ən böyük agentliklərindən biridir. Baş Assambleya tərəfindən verilmiş mandata görə ifrat yoxsulluğunun aradan qaldırılması və dünyada səmərəli idarəçiliyin dəstəklənməsi sahəsində dünya təşkilatının fəaliyyətinə başçılıq edir.
Xanım Klarkın BMT-nin İnkişaf Proqramının rəhbəri vəzifəsinə namizədliyi geniş seçki prosesi nəticəsində Baş katib Ban Ki-mun tərəfindən irəli sürülüb.
Xanım Klark yeni vəzifədə Türkiyə vətəndaşı Kamal Dərvişi əvəz edir. Kamal Dərviş 2005-ci ildən bu vəzifədə çalışıb, lakin ailə və şəxsi problemlər səbəbindən 2009-cu il martın 1-dən səlahiyyətlərinin icrasını dayandırıb.
Xanım Klark 1981-ci ildən Yeni Zelandiya Parlamentinin üzvü, 1999-2008-ci illərdə Baş Nazir olub.


XS
SM
MD
LG