Accessibility links

ABŞ Dövlət katibi ilə Azərbaycan prezidenti Ermənistan və Azərbaycan prezidentilərinin Paris görüşü barədə fikir mübadiləsi aparıb


Fevralın 9-da ABŞ-ın dövlət katibi xanım Kondoliza Rays Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif sahələri müzakirə olunub. «Dövlət katibi Azərbaycanın sülhməramlı qüvvələrinin İraq, Əfqanıstan və Kosovoda iştirakını yüksək qiymətləndirdi, Gürcüstanda enerji böhranı zamanı Azərbaycanın köməyini xüsusi vurğulayıb». Prezident İlham Əliyev və ABŞ-ın dövlət katibi Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan və Ermənistan prezidentləri arasında Fransada keçirilməsi planlaşdırılan görüşlə bağlı fikir mübadiləsi aparıb. Azərbaycan Prezidenti münaqişənin nizama salınması prosesində ABŞ-ın fəal iştirakına görə minnətdarlığını bildirib və ABŞ hökumətinin bu prosesdə rolunu xüsusi qeyd edib. Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
XS
SM
MD
LG