Accessibility links

Azərbaycan korrupsiya indeksinə görə 163 ölkə arasında 130-cu yerdədir


Beynəlxaq Şəffaflıq təşkilatı 2006-cı ildə dünyada korrupsiyasının İndeksini elan edib. Siyahıdakı 163 ölkə arasında Azərbaycan 130-cu yerdə qərarlaşıb. Haiti dünyada ən korrupsiyalaşmış ölkə, korrupsiyanın ən az olduğu ölkələr isə Finlyandiya, İslandiya və Yeni Zelandiyadır. Beynəlxalqf Şəffaflıq Təşkilatının sədri Hyuqet Label bildirib ki, korrupsyia milyonlarla insanın yoxsul yaşamasına səbəb olur. «Korrupsiya əleyhinə qanun qəbul ediləndən sonra on illik inkişafa baxmayaraq, hələ dünyanın ən kasıb vətəndaşlarının həyatında əhəmiyyətli dəyişikliyə nail olmaq üçün görüləcək işlər çoxdur». Bu gün Azərbaycanda Beynəlxalq Şəffaflıq Təşkilatının illik hesabatının təqdimat mərasimi olub. Mərasimdə Azərbaycan hökumətinin, beynəlxalq və qeyri hökumət təşkilatlarının təmsilçiləri, Milli Məclisin deputatları iştirak edib. «Beynəlxalq Şəffaflıq-Azərbaycan» təşkilatının sədri Rəna Səfərəliyeva bildirib ki, Azərbaycan ötən illə müqaisədə bir neçə pillə irəliləyib. Onun sözlərinə görə, qanunvericilik və instisional sahədə dəyişikliklər baş verib. Xanım Səfərəliyeva ölkədə yalnız iki sahədə rüşvətin azalma hallarının ehtimal ediliydini bildirib. Bunlar pensiya və yol polis ilə bağlıdır. «Beynəlxalq Şəffaflıq Təşkilatının dünyada korrupsiyanın vəziyyətinə dair hesabatı Azərbaycana münasibətdə müsbət dinamikanı əks etdirir». Bu barədə isə Azərbaycan Prezidentinin İcra Apparatının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələskərov bildirib. Onun sözlərinə görə, Azərbaycan inqilabi inkaişfı deyil, təkamül yolunu seçib. Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarərsinin rəisi Namiq Əsgərov ölkədə maarfləndirmə, qanunvericilik və islahatlarla yanaşı korrusiyaya qarşı hüquqi yolla da mübarizə aparıldığını deyib. Onun sözlərinə görə, korrupsiya faktı üzrə artıq 40 cinyaət işi məhkəməyə göndərilib, 20 cinayət işinin istintaqı davam edir. Konstitusiya Fondunun prezidenti Əliməmməd Nuriyev ölkədə korrusiya sahəsində maarifləndirmə işindən razı deyil. Onun sözlərinə görə, əhalinin böyük hissəsi hələ də işlərinin digər vasitələr həllinə üstünlük verir.
XS
SM
MD
LG