Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquqa ziddir. Buna görə də Azərbaycan Kosovonun müstəqilliyini tanımır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün bəyan edib.
Cənab İbrahimin fikrincə, Kosovo məsələsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç vaxt presedent ola bilməz.
Müxalifətdə olan siyasi partiyalar Azərbaycan hakimiyyətini Kosovo ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirməyə çağırır. “Müsavat” partiyasının başqanı İsa Qəmbər hesab edir ki, Azərbaycan hakimiyyəti situasiyanı izləməkdə davam etməlidir.
Müstəqil politoloqlar isə Kosovonun müstəqilliyini tanımamaqla bağlı Azərbaycanın rəsmi mövqeyini dəstəkləyir.
Politoloq Hikmət Hacızadə Kosovanın birtərəfli qaydada müstəqilliyini elan etməsini beynəlxalq hüquqa zidd hesab edir.
Politoloqun qənaətincə, Kosovonun müstəqilliyi aparıcı dövlətlər tərəfində tanınarsa, bu dünyada siyasi böhranın yaranmasına yol açacaq.