Accessibility links

ABŞ Müdafiə nazirinin köməkçisinin müavini Azərbaycana gəlib


ABŞ-ın Bakıdakı səfirliyinin məlumatına görə, Amerika müdafiə nazirinin köməkçisinin müavini Cim Məkduqal Azərbaycana iki günlük səfərə gəlib. Səfər çərçivəsində o, Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərində görüşlər keçiriləcək, ABŞ ilə Azərbaycan arasında ikitərəfli hərbi əlaqələr, terrorizmə qarşı mübarizə sahəsində davam etməkdə olan əməkdaşlıq, İraq, Əfqanıstan və Kosovoda sülhyaratma əməliyyatlarına dair məsələlər barədə fikir mübadiləsi aparacaq. Səfirlik bildirir ki, Cim Məkduqal ABŞ ilə Azərbaycan arasında ikitərəfli hərbi əlaqələrin bütün sahələrinə nəzarət üzrə məsul şəxsdir.
XS
SM
MD
LG