Accessibility links

Azərbaycanda mədən sənayesində şəffaflıqla bağlı çoxsaylı problemlər var


Azərbaycanda İctimai Birliklərin "Mədən sənayesində şəffaflığın artırılması" Koalisiyası yaradılmasının 3 ili münasibətilə konfrans keçirib. Koalisiya Şurasının əlaqələndiricisi Qubad İbadoğlu bildirib ki, koalisiya indiyədək 19 layihə həyata keçirib və bu il bir neçə layihəni həyata keçirməyi nəzərdə tutur. Cənab Qubadoğlu təşkilatın son hesaabtında mədən sənayesində kapital xərclərinin artırılmasının Azərbaycanın qazancını azaltdığının ciddi qüsur kimi irəli sürüldüyünü bəyan edib. Koalisiya üzvləri həmçinin mədən sənayesində xərclərin şəffaf olmaması, hesabatların ümumi tərtibi, lazımi informasiyaya çatmamağın real rəylərlə çıxış etməyə imkan vermədiyini bildirib. Cənab İbadoğlunun dediyinə görə, xərclərin tərkibi barədə məlumat almaq çətindir və şirkətlər bu məlumatları kommersiya sirri kimi qiymətləndirir. Koalisiya üzvü Telman Zeynalov mədən sənayesindən ətraf mühitin sağlamlaşdırılması üçün ayrılan vəsaitlərin xərclənməsində ümumiyyətlə şəffaflıqdan danışmağın tez olduğunu diqqətə çatdırıb. Koalisiyanın digər üzvü İnqilab Əhmədov bu qurumun hesabatları nəticəsində son dövrlər əsrin kontraktı çərçivəsində çıxarılan səmt qazının əhaliyə çatdırılmasına nail olunduğunu deyib. Onun sözlərinə görə, səmt qazı əvvəllər dənizdə yandırılırdısa, indi həmin qazın təhvili ilə bağlı hesabtlara məlumatlar daxil edilir.
XS
SM
MD
LG