Accessibility links

Bakıda "Tolerantlığın və qarşılıqlı anlaşmanın inkişafında mətbuatın rolu" mövzusunda beynəlxalq konfrans açılıb


Bakıda Azərbaycan hökumətinin təşəbbüsü ilə "Tolerantlığın və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu" adlı beynəlxalq konfrans açılıb. Tədbirdə BMT-nin, ATƏT-in söz azadlığı üzrə məsul şəxsləri, dünanın onlaral ölkəsini təmsil eldən mətbuat nümayəndələri, ekspertlər, İslam Konfraesı Təşkilatının baş katibi Ekmeleddin İhsanoğlu: Ruminiyanın sabiq prezidenti İon İlyesku iştirak edir. Azərbaycan prezidentinin konfrans iştirakçılarına müraciətində sivilizasiyalar arasında dialoqun ququlmasında və neqativ tendensiyaların aradan qaldırılmasında KİV-in mühüm rolu qeyd olunub. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diqqəti Azərbaycandakı bütün milli azlıqların və dinlərin nümayəndələrinin hüquqlarının təmin edilməsinə yönəldib. Nazir Qərbdə islamofobiyanın təzahür etməsini təəssüflə qeyd edib. Onun sözlərinə görə, islam və terrorizmin sinonim olmadığının aydınlaşdırılmasında KİV mühüm rol oynayır. "Biz bu mifə son qoymalıyıq", - deyə Məmmədyarov bildirib. İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu deyib ki, islam bir qrup ekstremistin əlində "əsirə" çevrilib. "Onlar cinayətkar fəaliyyətlərinin ideoloji əsaslandırılması üçün islamdan istifadə edirlər, Qərbi qorxudurlar, cavab tədbirlərindən isə bu və digər dünya ölkələrindəki günahsız müsəlmanlar əziyyət çəkir. KİV islam humanizminin izah edilməsinə və mədəniyyətlərarası dialoqa və əməkdaşlığa yardım etməlidir. İKT islam dünyasında müasirləşməni və inkişafı təşfiq edir». Konfransın həmsədri, Rumıniyanın sabiq prezidenti İon İliyesku qeyd edib ki, söz azadlığı ekstremizm ideyalarının təbliği üçün istifadə olunmamalıdır. Mədəniyyətlərarası dialoqun inkişafında və tolerantlığın əldə edilməsində KİV-in mühüm rol oynadığını qeyd edən Avropa Şurasının baş katibi Terri Devis isə video yazı vasitəsilə konfrans iştirakçılarına müraciət edib.
XS
SM
MD
LG