Accessibility links

Məhəmməd peyğəmbəri təhqir etdiyi güman edilən yazıçı Rafiq Tağı həbs edilib


Bakının Nəsimi rayon məhkəməsi yazıçı Rafiq Tağı və "Sənət" qəzetinin redaktoru Samir Sədaqətoğlu barəsində iki aylıq həbs qəti imkan tədbiri seçib. Bu barədə «Amerikanın səsi» radiosuna Respublika Prokurorluğunun mətbuat xidmətindən bildiriblər. Prokurorluğun məlumatına görə, həbsə Rafiq Tağının "Sənət" qəzetində noyabrın 11-də dərc olunmuş "Avropa və biz" adlı yazısı səbəb olub. Yerli dindarlar hesab edir ki, Rafiq Tağı məqaləsində Məhəmməd peyğəmbərin təhqirinə yol verib. Mübahiəsnin həlli üçün Qafqaz Müsəlmanları İdrarəsi Mətbuat Şurasına müraciət etsə də, Bakının Nardaran qəsəbə sakinləri yazıçının qətlinə fitva verdiklərini bəyan edib. Maraqlı məqamlardan biri də budur ki, yazıçı və redaktorun həbsi dünən Azərbaycanın İranda Təbriz şəhərindəki konsulluğu qarşısında məqalə ilə bağlı yerli sakinlərin etiraz aksiyasından bir neçə saat sonraya təsadüf edir. Halbuki redaktor və yazıçı noyabrın 13-də Baş Prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul olunub və onlara qarşı Cinayət Məcəlləsinin milli, irqi və dini düşmənçiliyin təbliğinə yönələn hərəkətlər maddəsilə cinayət işi başlanıb. Bundan sonra, dindarların hədəsi ilə üzləşmiş Rafiq Tağının təhlükəsizilyi üçün hüquq-mühafizə orqanları tədbirlər həyata keçirmişdi. Yazıçı və ailə üzvləri Baş Prokurorun gösətrişi ilə evindən köçürülərək naməlum ünvanda yerləşdirilmiş və ev polis tərəfindən mühafizəyə götürülmüşdü.
XS
SM
MD
LG