Accessibility links

Həbsdə olan Azərbaycan məmurlarının hüquqlarını müdafiə komitəsi yaradılıb


Son günlər həbs edilən məmurların hüquqlarını Müdafiə Komitəsinin təşəbbüs qrupu mətbuat konfransı keçirib. Qurumun rəhbəri Şahin Ağabəyli bildirib ki, həbsdə olan məmurların ailələ üzvlərinə, qohumlarına və yaxınlarına qarşı təzyiqlər davam edir. Onun dediiynə görə, müxtəlif təzyiqlərlə həbsdə olanlara yaxın bir çox deputatlığa namizədlərin namizədliyini geri götürülməsinə də nail olunub. Cənab Ağabəyli bildirib ki, Əliyevlər ailəsinin çoxsaylı sirlərini daşıyan keçmiş səhiyyə naziri Əli İnsanovun və və keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin fiziki cəhətdən məhv ediləcəyi ilə bağlı məlumatlar da yayılmaqdadır. Təşəbbüs qrupunun üzvü Fikrət Hüseynli Fərhad və Rafiq Əliyev qardaşlarının, Əli İnsanovun və prezidentin aparatının keçmiş işlər müdiri Akif Muradverdiyevin yaxınlarına və qohumlarına qarşı çoxsaylı haqsızlıqlardan danışıb. Onun sözlərinə görə, bu insanların yaxınları kütləvi şəkildə işdən azad edilir, biznes qurumlarında haqsız yoxlamalar aparılır. Prezidentin İcra Aparatırının ictimai siyasi şöbəsinni müdiri Əli Həsənov isə yalnız cinayətdə iştirak edənlərin vəzifəsindən azad edildiyini deyib. Onun sözlərinə görə, həbsdə olan hər hansı vəzifəli şəxsin günahı olmayan qohum və yaxınları istintaqa cəlb edilməyib.
XS
SM
MD
LG