Accessibility links

Mənuçöhr Mottaki:  Biz Amerikanın yeni addımlarını araşdırmaqdayıq


“Biz Amerikanın yeni addımlarını araşdırmaqdayıq. Əgər onların əməllərində yeni dəyişikliklər görəcəyiksə, onların siyasətinin dəyişməsi müqabilində də bizim tərəfdən müsbət addımlar görəcəklər”. Bu barədə İranın xarici işlər naziri Mənuçöhr Mottaki bu gün Bakıda Amerika ilə əlaqələrin mümkünlüyü ilə bağlı jurnalistlərin sualına cavabda bildirib.
Nazir deyib ki, dəyişiklik çox yaxşı bir kəlmədir. “Ümid edirik ki, bu, ədəbiyyat səviyyəsindən irəli getsin. Əməldə də bu, siyasətə çevrilsin”.
O, “Amerikanın səsi “radiosunun “əməldə dəyişiklik nə ola bilər?” sualına Amerika administrasiyasına işarə edərək “özləri bilirlər”, deyə, cavabdan yayınıb.
Nazir “Amerikanın səsi“nin “İranın baxışında dəyişiklik nədir?”, - sualına cavabda isə “bütün keçmişdə siyasət səviyyəsində olan mənfi əməlləri dəyişə bilər”, cavabını verib. “Yaxşı olar ki, cənab Obama siyasətinin cənab Buşun siyasəti ilə fərqinin nədən ibarət olduğunu bildirsin” - deyə o qeyd edib.


XS
SM
MD
LG