Accessibility links

ATƏT-in Minsk qrupu yenə Bakıya gəlib


ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Bakıda səfərdədir.
Həmsədrlər dünən Ermənistandan Azərbaycana gəlib və gün ərzində öz aralarında müzakirələr aparıb.
Bu gün isə Minsk qrupunun həmsədrləri prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıb.
Sabah həmsədrlər yenidən Yerevana yola düşəcək.
Həmsədrlərin son aylar regiona səfərləri intensivləşib. Onlar iki ölkə prezidentinin mayın əvvəllərində Praqada görüşəcəyinə ümid edir. Eyni zamanda, həmsədrlər Azərbaycan və Ermənistan prezidentinin iyun ayında Sankt-Peterburqda görüşəcəyini də istisna etmir.

XS
SM
MD
LG