Accessibility links

Azərbaycanda Milli Dirçəliş günü qeyd edilir


Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, 1988-ci il noyabrın 17-də başlayan mitinqlərin əsas təşkilatçılarından olan Ənvər Əliyev bildirib ki, keçmiş SSRİ məkanında ilk kütləvi etiraz olan mitinqlərdə bir milyondan çox adam iştirak edib. Onun sözlərinə görə, 17 gün davam edən mitinqlərin əsas tələbi Dağlıq Qarabağda Azərbaycan hakimiyyətinin bərpası, Ermənistandan qaçqın düşmüş insanların doğma evlərinə qaytarılması və keçmiş SSRİ rəhbərliyinə etiraz olub. 17 noyabr 1992-ci ildən Milli Dirçəliş günü kimi qeyd edilməyə başlanıb. Cənab Əliyev Milli Dirçəliş gününü “xalqın yaratdığı böyük tarix” adlandırıb.


XS
SM
MD
LG