Ədliyyə naziri Fikrət Məmmədov bu gün keçirdiyi mətbuat konfransında ədliyyə sistemində aparılan islahatldardan və problemlərdən danışıb. O məhkəmə, notariat, bələdiyyə, vətəndaşlıq aktları qeydiyyatı, təşkilatların və KİV-in qeydiyyatı, penitensiar sistemdəki islahtalara toxunub. Nazirin sözlərinə görə, 2004-cü ildə 4.996 kommersiya yönümlü, 343 isə xarici investisiyalı hüquqi şəxs qeydiyyata alıb. « Azərbaycanda 42 siyasi partiya dövlət qeydiyyatınadır. 2004-cü ildə 164 qeyri hökumət təşkilatının qeydiyyata götürülüb. 2005-ci ilin altı ayında 142 qeyri hökumət təşkilatdan keçib. Daha 50 qeyri hökumət təşiklatı isə bu günlərdə qeydiyyata alınacaq. Ölkədə 2.145 KİV-in var. Onların 2.080-ni mətbu nəşrdir. Qalanları isə televiziya, radio və informasiya agentilkləridir. Bu ilin altı ayında 244 yeni KİV qeydə alınıb"-deyə cənab Məmmədov bildirib. Nazirin dediyinə görə, 2004-cü ildə 1.700.000 notariat əməliyyatı həyata keçirilib, 272.000 vətəndaşlıq vəziyyəti aktı qeydə alınıb."2005-ci ilin altı ayı ərzində 850.000 notariat əməliyyatı edilib və 140.000 vətəndaşlıq vəziyyəti aktı qeydə alınıb"-deyə o vurğulayıb. Cənab Məmmədov penitensiar sistemdəki vəziyyətə də toxunub. Onun sözlərinə görə, məhbusların hüquqlarının qorunması və həbsxanalarda avtoritetlərin ləğvi istiqamətində ciddi işlər görülüb. 30 məsul şəxs vəzifədən azad edilib. Nazir yeni hakim korpusunun seçilməsi üçün yaxın zamanda Avropa Şurasının ekspertlərinin iştirakı ilə test imtahanları keçiriləcəyini və imtahanlarda iştirak etmək üçün 1000 nəfər müraciət etdiyini bildiriğb. O yeni seçiləcək hakimlərin müddətsiz təyin ediləcəyini bildirib. « Belə ki, birinci beş il sınaq müddəti olacaq, sonra isə hakimlər müddətsiz təyin ediləcək. Son yaş həddi 65 olacaq, istisna hallarda isə 70 yaşadək uzadılacaq-deyə cənab Məmədov qeyd edib. Nazir məhkəmələrin fəaliyyətində noqsanların olduğunu da deyib. "Son zamanlar 50 hakim inzibati qaydada cəzalandırılıb. Hazırda isə 13 hakimin işinə baxılır"-deyə o bildirib. F.Məmmədov nazirliyin şikayət və müraciətləri diqqətlə öyrəndiyini də deyib. Onun sözlərinə görə, nazirlik 2004-cü ildə 30.000 müraciətə baxıb və bu il isə artıq 18.000 müraciət daxil olub.