Accessibility links

Azərbaycan Appelyasiya məhkəməsi jurnalistin şikayətinin baxışına başlayıb 


Azərbaycan Appelyasiya məhkəməsi «Azadlıq» qəzetinin satirik-yazarı Mirzə Sakitin Ağır Cinayət İşlərinə dair məhkəmənin hökmündən appelyasiya şikayətinin baxışına başlayıb. Məhkəmə jurnalisti narkotiklərin saxlanması və yayılması itihamı üzrə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Mirzə Sakit hesab edir ki, narkotik onun cibinə atılıb və həbsinin əsas səbəbi müxalifət yönümlü "Azadlıq" qəzetində iqtidarı tənqid edən satirik şerlər dərc etdirməsidir. Çoxsaylı beynəlxalq və yerli təşkilatlar da satirik yazarın həbsinin onun yazıları ilə bağlı oluduğunu bildirib və jurnalistin dərhal azadlığa buraxılmasını tələb edib. ATƏT-in söz azadlığı üzrə xüsusui nümayəndəsi Mikloş Haraşti də Azərbaycan rəhbərləri ilə görüşündə jurnalistin azadlığa buraxılmasının lazımlılığını bildirib. Xüsusi nümayəndə cənab Mirzə Sakitin appelyasiya şikayətinə ədalətli məhəkəmədə baxılacağına da ümid etmişdi. Lakin bu günki məhkəmədə hakim Lətif Nəbiyev jurnalistlərin fəaliyyətini məhdudlaşdırıb. Onlara hər hansı audio, video və foto çəkilişlər aparmağa icazə verməyib. Hətta mənim də məhkəmə zalını tərk etməyimi tələb edib və səbəbini izah etməyib. Vəkil Vüqar Xasayev hakimin bu hərəkətinin ədalətsiz olduğunu bildirib. Onun sözlərinə görə, açıq məhkəmə iclasında jurnalistin iştirakına qadağa qoyula bilməz. Vəkil müdafiə etdiyi jurnalistlə bağlı vəsatətlərinin tam təmin olunmadığını bildirib. Cənab Xasayevin fikrincə, məhkəmənin ədalətli qərar qəbul etməsi üçün qərəzsiz məhkəmə istintaqı aparılmalıdır. Məhkəmə prosesi dekabrın 15-də davam etdiriləcək.
XS
SM
MD
LG