Accessibility links

Bakıda Teleradio Şurasının ofisi qarşısında etiraz


Müxalifətdə olan "Müsavat" partiyasının gənclər təşkilatı xarici radiolar - "Amerikanın səsi", "Azadlıq" və BBC-nin yerli tezliklərdə yayımının dayandırılmasına etiraz olaraq Milli Televiziya və Radio Şurasının ofisi qarşısında piket keçirməyə cəhd edib. Polis cəhdin qarşısını alıb, 9 nəfər saxlanıb.

Müsavat partiyasının Gənclər Təşkilatının sədr müavini Rüfət Hacıbəyli bildirib ki, saxlananlar təşkilatın sədri və fəallarıdır.

Gənclər bir neçə saat polis şöbəsində saxlandıqdan sonra xəbərdarlıq edilərək buraxılıb.


XS
SM
MD
LG