Müsavat partiyasının başqanı mİsa Qəmbər müxaliət qüvvələrinin seçkilərin elan edilmiş nəticələrinin ləğvi uğrunda mübarizəsini davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, müxalifət həm hüquqi müstəvidə işləri, həm etiraz aksiyalarını davam etdirəcək. Müsavat başqanı hesab edir ki, qərb dövlətləri qəti mövqe nümayiş etdirməli və ABŞ rəhbərləri səviyyəsində Azərbaycanda seçkilərə münasibət bildirilməlidir.