Accessibility links

Azərbaycan müxalifəti prezident seçkilərini boykot etdiyini bəyan edib


Azərbaycan müxalifətinin beş tanınmış lideri prezident seçkilərini birgə boykot edəcəyini bəyan edib. Liberal, Xalq Cəbhəsi, Müsavat, Vətəndaş və İnkişaf partiyalarının, Azərbaycan Naminə İctimai Forumun rəhbərinin imzaladığı bəyanatda deyilir ki, demokratik atmosferin olmadığı, azad mətbuata təzyiqlər edildiyi, aparıcı jurnalistlərin həbsdə saxlandığı, toplaşmaq azadlığının məhdudlaşdırıldığı, Seçki Məcəlləsinə mürtəce dəyişikliklərin edildiyi və seçki komissiyalarının iqtidarın inhisarında olduğu bir şəraitdə azad və ədalətli seçkilər keçirilə bilməz.

"Liberal" Partiyasının lideri Lalə Şövkət bildirib ki, seçkilər, faktiki alternativsizdir.

"Xalq Cəbhəsi" partiyasının sədri Əli Kərimli yeni əməkdaşlıq formatının digər qüvvələr üçün açıq olduğunu deyib. Cənab Kərimli müxalifətin seçkilərin boykotu ilə bağlı birgə etiraz aksiyaları keçirəcəyini də bəyan edib.

"Azərbaycan naminə" İctimai Forumun lideri Eldar Namazov bəyanatın imzalanmasını siyasi qüvvələrin demokratiya uğrunda hərəkatının yeni mərhələsinin hesabat nöqtəsi adlandırıb.

"Müsavat" partiyasının başqanı İsa Qəmbər bildirib ki, regionda son hadisələr "oğru" Azərbaycan rejiminin "səlahiyyətsizliyini" açıq-aşkar ifşa edib, onun zamanın çağırışlarına cavab vermək bacarıqsızlığını nümayiş etdirib. Özünü regionda lider adlandıran rejim qonşu ölkədəki hadisələrə münasibət bildirməkdən qorxub.

Öz növbəsində, iqtidarda olan "Yeni Azərbaycan" partiyası müxalifət liderlərinin bəyanatını "seçkidən öncə uduzmuşlar"ın hay-küyü adlandırıb. Partiyanın icra katibinin müavini Mübariz Qurbanlı müxalifətin boykot çağırışlarının hər hansı elektorat dəstəyi qazanmayacağını bildirib.

XS
SM
MD
LG