Accessibility links

Azərbaycan Demokrat partiyası sədrinin müavini həbs edilib


ADP sədri Rəsul Quliyevin vətənə dönüşü ilə bağlı hərəkətlərindən sonra oktybarın 18-dən başlayaraq dövlət çevrilişinə cəhd və iğtişaşa hazırlıq ittihamları ilə həbslər davam etməkdədir. Həbslər həm iqtidarda olan yüksək vəziyəli şəxsləri, həm də müxalifətdə olanları əhatə edir. Dünən isə ADP sədrinin müavini, Gəncə şəhərinin sabiq polis rəisi Natiq Əfəndiyevə qarşı dövlət çervilişinə cəhdi ilə ittiham irəli sürülüb. Yeri gəlmişkən bildirək ki, Natiq Əfəndiyev bundan öncə 2000-ci ildə də dövlət çevrilişinə cəhd ittihamı ilə məhkum edilib və Avropa Şurası təoəfindən siyasi məhbus kimi tanındıqdan sonra əfv edilib. Cənab Əfəndiyevin həyat yoldaşı Səltənət xanım istintaqın irəli sürdüyü itihamları böhtan və şər adlandırıb. Onun sözlərinə görə, bir qrup adam Əfəndiyevin Daşkəsən rayonunun Bayan qəsəbəsindəki heç kimin yaşamadığı evlində axtarış aparıb və guya oradan silah sursat tapıb. Xanım Əfəndiyeva istitaq orqanının axtarış aparmaq və axtarışın nəticələri ilə bağlı hər hansı sənəd təqdim etmədiyüini deyib. Onun sözlərinə görə, kənd sakinlərinin gözü qarşısında əvvəlcə hərbi geyimli dörd nəfər divardan aşaraq evin həyətinə keçib və onlar işlərini görəndən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları həyətin və evin qapı pəncərələrini sındıraraq içəri daxil olub. Səltənət Əfəndiyeva 2000-ci ildə də həyat yoldaşının həbsi zamanı evində axtarış aparıldığını və guya silah-sursat tapıldığını bildirib. Ancaq o istintaqın bunu sübut edə bilmədiyini diqqətə çatdırıb. Xanım Əfəndiyeva son bir neçə ildə çoxlu sayda qohumlarınının və yaxınlarının həbs ounduğunu və ya təzyiqlərə məruz qaldığını da diqqətə çatdırıb. Vəkil Vüqar Xasayev Natiq .Əfəndiyevin həbsini siyasi adlandırıb. Onun sözlərinə görə, hətta hakim həbs qəti imkan qərarını belə Respublika Prokurorluğunun Ağır Cinayət İşləri üzrə İstintaq İdarəsində qəbul edib. Cənab Xasayev Natiq Əfəndiyevin evinin həyətindən və silahların üzərindən götürülmüş torpaq nümunələrinin, silahların öncə kimə məxsusluğunu və torpağa nə vaxt basdırılmasını müəyyən edəcək müstəqil ekspertəlrin iştirakı ilə ekspertiza keçirilməsi üçün vəsatət qaldıracağını da bildirib. Azərbaycan prezidentinin icra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ölkədə insanların siyasi məqsədlərlə həbs edilməsi ilə bağlı Vüqar Xasayevin dediklərini təkzib edib. O Amerikanın səsi radiosuna istintaq orqanlarının həbs edilənlərlə bağlı kifayət qədər arqumentə malik olduğunu bildirib. İctimai fikirdə populyar ifadələrdən biri də ADP sədri Rəsul Quliyevin vətənə dönməsi ilə bağlı bəyantlarıdır. O sonuncu dəfə noyabrın 1-dən 3-dək Bakıya dönəcəyini bildiririb. Bu gün isə ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu Rəsul Quliyevin Azərbaycana dönüşünün siyasi-hüquqi məsələdən çıxaraq şəxsi-mənəvi məsələyə çevrildiyini bəyan edib. Onun sözlərinə görə,. hakimiyyət Rəsul Quliyevi hətta fiziki cəhətdən məhv etməyə də hazırdır. Cənab Cəlaloğlu son günlər dövlət çevrilişi cəhdi ilə bağlı həbslərə də münasibət bildirib. Onun fikrincə, bu ittiihamların perspektivi yoxdur, çünki ittiham üçün sübut olmalıdır. Prezidentin İcra Aparatının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycana gələrsə Rəsul Quliyevin təhlükəsizliyinin tam təmin olunacağını və indiyədək istintaq prosesində hər hansı insanın məhv edilməsi faktının mövcd olmadığını diqqətə çatdırıb. Öz növbəsində Rəsul Quliyev hazırda Azərbaycana cəlməsi üçün danışıqlar apardığını bildirib. Ancaq o nə vaxt Bakıya dönəcəyini bildirməyib.
XS
SM
MD
LG