Accessibility links

NATO Cənubi Qafqazdakı münaqişələrin həllinin regionun inkişafına təkan verəcəyinə əmindir 


NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik komitəsinin Gələcək təhlükəsizlik və müdafiə imkanları alt komitəsinin üzvləri Azərbaycanda ikigünlük səfərdə olub. Nümayəndə heyəti səfər çərçivəsində Milli Məclisin sədri, daxili, müdafiə, sənaye və enegetika nazirləri, Sərhəd Qoşunları Komandanı və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirib. Görüşlərdə Cənubi Qafqazda NATO-nun rolu, hərbi sahədə NATO- Azərbaycan əməkdaşlığı, insan hüquqları, demokratikləşmə, daxili təhlükəsizlik, vətəndaş cəmiyyətinin inkişaf perspektivləri məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin rəhbəri, gələcək təhlükəsizlik və müdafiə imkanları alt komitəsinin sədri Vahid Erden səfərin yekunlarından razı qaldığını bildirib. Onun sözlərinə görə, Azərbaycan regionda mühüm strateji mövqeyə malikdir, bu baxımdan Avropa üçün böyük önəm daşıyır. O region dövlətlərinin Avropaya inteqrasiyasının bölgədəki problemlərin həllinə kömək edəcəyini bildirib. Cənab Erden hesab edir ki, regiondakı münaqişələr sülh yolu ilə həllini tapmalıdır və NATO tərəflər arasında dialoqun intensivləşməsinə tərəfdardır. Alt Komitənin sədrinin sözlərinə görə, beynəlxalq normalara görə hərbi yolla işğal edilmiş ərazilər mütləq qeyd-şərsiz qaytarılmalıdır. Cənab Erdenin fikrincə, Ermənisan qoşunları Azərbaycan ərazisindən çıxarılarsa Dağlıq Qarabağda NATO qoşunları BMT bayrağı altınlda sülhyaratma əmliyyatlarında iştirak edə bilər. O hazırda Gürcüstanın NATO ilə geniş dialoqa başlandığını və bundan sonra üzvülüyüə qəbulla bağlı məsələlərə keçəcəyini deyib. Alt Komitənin sədri hesab edir ki, Azərbaycan da yaxın zamanda NATO ilə geniş dialoqa başlaya bilər.
XS
SM
MD
LG