Accessibility links

Türkdilli dövlət başçıları Naxçıvandadır


Sabah Azərbaycanın Naxçıvan şəhərində Türkdilli dövlət başçılarının Zirvə toplantısı açılacaq. Bu gün Türkiyə prezidenti Abdulla Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Naxçıvana gəlib. Türkiyə mediasının məlumatına görə, Türkmənistanı tədbirdə prezidentin köməkçisi təmsil edəcək.
Sammitdə türkdilli dövlətlər arasında dostluq və əməkdaşlığın gücləndirilməsi, ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması barədə sənəd imzalanacağı da gözlənilir.

XS
SM
MD
LG