Accessibility links

AŞPA prezidenti İran prezidentinin İsraillə bağlı bəyantanı ittiham edir


Avropa Şurası Parlament Assambleyasının Prezidenti Rene van der Linden isə İran Prezidentinin İsrailin dünya xəritəsindən silinməsi ilə bağlı etdiyi mülahizələrini qətiyyətlə ittiham edib. "Mən beynəlxalq ictimaiyyətin dəyərlərini açıqcasına pozan İran Prezidentinin bəyanat və münasibətindən şoka düşmüşəm və dərin təəsüf hissi keçirirəm. Bu cür mülahizələr tamamilə dözülməz və qəbuledilməzdir. Biz İsrailin öz qonşuları ilə təhlükəsiz və sülh şəraitində yaşamasını görmək istəyirik. Avropa Şurası Parlament Assambleyası üçün iki dövlətin təsis olunması konfliktin yeganə real siyasi yolla həlli vasitəsi kimi qalmaqdadır və yol xəritəsi də öz növbəsində sülh danışıqlarının istinadı kimi qüvvədə qalmaqda davam edir. Beynəlxalq ictimaiyyət, əsasən də Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, ABŞ və Rusiya sülh proseslərinə daha aktiv şəkildə cəlb olunmalı və əvvəllər mövcud olduğundan bu gün daha yaxın görünən sülhün qorunmasında əllərindən gələni əsirgəməməlidir».
XS
SM
MD
LG