Accessibility links

Neft qiymətlərinin artması Azərbaycan Neft Fondunun gəlirlərini yeddi milyard dollaradək artırıb


Azərbaycan prezidentinin fərmanı ilə Dövlət Neft Fondunun 2008-ci il üçün büdcəsinə dəyişikliklər edilib. Sənədə görə, cari ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını, eyni zamanda 2008-ci il üçün dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Dövlət Neft Fondunun büdcəsində dəyişikliklər edilməsi zərurətini nəzərə alaraq, Fondun 2008-ci il büdcəsində Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər ilə bağlı gəlir maddəsi 3. 473. 109,6 min manatdan 9. 819. 516,0 min manata qədər artırılıb.

Bununla yanaşı, neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycanın payına düşən dividentlər (Bakı-Tbilisi-Ceyhan layihəsindən) üzrə gəlir maddəsi 13. 423,2 min manatdan 104. 806,0 min manata qədər, Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər ilə bağlı gəlir maddəsi 121. 928,2 min manatdan 148 .898,1 min manata qədər artırılıb.

Eyni zamanda, xam neftin ixrac qiyməti üzrə Fonda köçürülən yığımlar ilə bağlı 70. 623,1 min manat məbləğində gəlir maddəsi əlavə edilib, Fonddan dövlət büdcəsinə transfert ilə bağlı xərc maddəsi 1. 100 000,0 min manatdan 3. 800 000,0 min manata qədər artırılıb və müvafiq olaraq Fondun 2008-ci il büdcəsinin gəlirlərinin ümumi məbləği 3 609 361,0 min manatdan 10 144 743,2 min manata qədər, xərcləri 1. 680. 853,6 min manatdan 4 .380. 853,6 min manata qədər artırılıb.

XS
SM
MD
LG