Accessibility links

Neft gəlirləri Azərbaycanı xoşbəxt edə bilərmi


Müxalifətdə olan "Azadlıq" siyasi bloku "Neft gəlirləri: səmərəlilik və şəffaflıq" mövzusunda konfrans keçirib. Foruma yanacaq-energetika məsələləri üzrə ekspertlər, diplomatik korpusların təmsilçiləri, siyasi partiyalar və qeyri hökumət təşkilatlarının rəhbərləri qatılıb. Ancaq nədənsə, Azərbaycan Dövlət Neft Şirkəti və Dövlət Neft Fondu müxalifətin dəvətinit qəbul etməyib. Tədbirdə regional enerji layihələrində Azərbaycanın rolu, ölkə iqtisadiyyatında artmaqda olan neft faktoru təhlükəsi, neft sektorunun dövlət tərəfindən idarəsinin aşağı səviyyədə olması, neft və qazdan əldə edilən vəsaitlərin xərclənməsində şəffaflığını təmin edilməməsi, eyni ilə də korrupsiya və rüşvətə qarşı mübarizə məsələləri müzakirə olunub. Milli Birlik Hərəkatının lideri Lalə Şövkət bildirib ki, 2013-cü ildən başlayaraq Azərbaycanda neft gəlirləri kəskin şəkildə aşağı düşəcək. Onun fikrincə, Azərbaycan neft gəlirlərindən vaxtında səmərəli istifadə edərək ölkənin hərtərəfli işkişafı üçün stimul yaratmalıdır. Enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, neft və qaz hasialıtnda 2001-ci ildən çiçəklənmə dövrü başlayıb. Onun sözlərinə görə, neft sektoru iqtisadiyyatın digər sahələrini kölgədə qoyub və təhlükə getdikcə güclənməkdədir. Ekspert hesab edir ki, Azərbayücan ildə neftdən 3 milyarddan 10 milyard dolaradək gəlir əldə edəcək və ciddi tədbirlər görülməzsə, bu ölkədə qiymətlərin qalxmasına və infilyasiyanın dərinləşməsinə yol açacaq. Cənab Şabanın sözlərinə görə, Azərbaycan adambaşına qaz və elektrik enerjisinin istehlakına görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır. Ancaq, bu kağız üzərindədəir. Reallıqda ölkənin regionlarında qaz problemi var və hətta bəzi yerlərdə sutkada cəmi 4-6 saat elektrik enerjisi verilir. Ekspertlər və siyasətçilər neft gəlirlərinin xərclənməsində şəffaflığın axıracan təmin edilmədiyini və gəlirlərin səmərəli istifadə olunmadığını diqqətə çatdırıb. Bəzi ekspertlər ARDNŞ-nin işində şəffaflığın təmin olunmadığını deyib. Siyasətçilər isə daha tənqidi bəyantlarla çıxış edib. AXCP sədri Əli Kərimli hesab edir, vəsaitlər neft fonduna yalnız daxil olduqdan sonra açıqlamalar verilir. O şəffaflığın tam təmin olunması üçün ictimai nəzarətin gücləndirilməsini zəruri sayır. İqtisadi ekspert Qubad İbadoğlu Azərbaycanın «Holland sindromu»na daha yaxın olduğunu bildirib. Ekspert hesab edir ki, Azərbaycanın mövcud vəziyyəti Suxarto hakimiyyəti dövründəki İndoneziyaya bənzəyir. ADNŞ keçmiş prezident Sabit Bağırovun fikrincə, Azərbaycan ilk öncə neftdən asılı olmayan rəqabətli iqtisadiyyat formalaşdırmalıdır. Bunun üçün isə ilk öncə şəffaflıq və səmərəlilik təmin edilməlidir. Öz növbəsində, Dövlət Neft şirkətinin mətbuat katibi Nizaməddin Quliyev Azərbaycan Dövlət Neft Şirkətinin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın və hesabatlılığın təmin edildiyini bildirib. Onun sözlərinə görə, Dövlət Neft Şirkəti ilə bağlı deyilənlər siyasi motivli bəyantlardır. Dövlət Neft Fondunun mətbuat katibi Könül Xəlilova da fonda daxil olan vəsaitlər və onun xərclənməsi ilə bağlı ictimaiyyətə daimi açıqlamalar verildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan «mədən sənayesində şəffaflıq təşəbbüsü»nə qoşulub və bu çərçivədə artıq üç dəfə hesabat verilib.

XS
SM
MD
LG