Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası "Neft gəlirləri hamımızındır! Diqqətli olaq!" mövzusunda bir aylıq kampaniyaya başlaması ilə bağlı mətbuat konfransı keçirib.
Koalisiya Şurasının koordinatoru Sabit Bağırov bildirib ki, Azərbaycanda mədən sənayesində şəffaflıq yüksək səviyyədədir. Onun sözlərinə görə, şirkətlər və hökumət gəlirləri barədə artıq dörd dəfə hesabat verib.
Cənab Bağırovun qənaətincə, Azərbaycan mədən sənayesində şəffaflıq üzrə dünyada da liderdir. Mədən sənayesində şəffaflıq təşəbbüsünə 20 ölkə qoşulub və gələcəkdə yəqin ki, 50-dən çox ölkəni əhatə edəcək.
Koordinatorun sözlərinə görə, «Neft gəlirləri hamımızındır!» kampaniyası ölkənin bütün recionlarını, universitetlərini, mətbuat orqanlarını əhatə edəcək.
Koalisiya üzvü Oqtay Güləlıyev kampaniya çərçivəsində 9 proqramın həyata keçiriləgəyini bildirib. Onun fikrincə, proqramlar vətəndaşların neft gəlirləri ilə bağlı biliklərini artıracaq və gəlirlərin xərclənməsində onların nəzarətinə təkan verəcək.
İqtisadçı ekspet İnqilab Əhmədov qənaətincə, Azərbaycan kimi ölkələrdə mədən sənayesində şəffaflığa nail olmaq uzun illərin işidir. Ancaq bununla yanaşı əhalinin məlumatlandırılması və vətəndaşların neft gəlirlərinin xərclənməsinə nəzarətini artırmaq vacibdir.
Ekoloji ekspert Telman Zeynalov hesab edir ki, neft gəlirləri təbiətə vurulan ziyanın aradan qaldırılmasına da yönəldilməlidir. Ekspertin fikrincə, təbiətin bərpa proqramları və onun həyata keçirilməsinə ictimaiyyəğ nəzarət etməlidir.
Cənab Bağırov Amerikanın səsi radiosunun neft gəlirləri şəffafdırsa ölkədə koorrupsiyanın səviyyəsi niyə yüksək olaraq qalır sualının cavabında isə ADNŞ, «Azəriqaz» və Azərenerji şirkətlərinin beynəlzalq standartlara keçmələrinin və bu şirkətlərdə maliyyə auditləri keçirilməsinin vaxtının çatdığını bildirib.
Koordinator Dövlət Neft Fondunun təsdiq olunmuş büdcəsinə görə bu il 3 mlrd dollar gəlir daxil olacağını deyib. Onun sözlərinə görə, neftin satış qiyməti büdcədə bir barel üçün 40 dollar hesablanıb, neftin qiymətləri daha artıq olduğundan gəlirlər daha çox olacaq. O Dövlət Neft Fondunun büdcəsi hesabına həyata keçirilən laiyhələrdən də danışıb.
Cənab Bağırov əsas diqqətin neft gəlirlərinin xərcələnməsinə yönəltməyin vacibliyini önə çəkib. Onun sözlərinə görə, əsas korrupsiya halları gəlirlərin xərclənəmsi zamanı baş verir.