Accessibility links

Azərbaycanın 2005-ci ildə xarici əlaqələrinin yekunları barədə


«2005-ci ildə Azərbaycan xarici siyasətinin nəticələri uğurlu olub». Bu barədə Azərbaycan Prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Amerikanın səsi radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycan hökuməti prezident Heydər Əliyevin qərbyönümlü xarici siyasət kursunu davam etdirir. Şöbə müdiri il ərzində Azərbaycanın Avropa və Avroatlantik strukturlara inteqrasiyasının davam etdirlidiyini vurğulayıb. Onun dediyinə görə, dövlət rəsmiləri bu istiqamətdə münasibətləri dərinləşdirmək məqsədilə çoxsaylı səfərlər edib. Cənab Məmmədov Azərbaycanın balanslaşdırılmış xarici siaysəi kursuna sadiq oluğunu və mehriban qonşuluq siyasəti əsasında region dövlətləri ilə münasibətlərini dərinləşdirdiyini bildirib. Xarici əlaqələr şöbəsinin müdirinin fikrincə, Azərbaycanın 2005-ci il xarici siaysətində ən böyük problem Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olunmamasıdır. Cənab Məmmədovun qənaətincə, bu problem həm xarici, həm də daxili siyasədə bir çox layihələrin reallaşmasına ciddi maneədir. O hesab edir ki, Azərbaycanın Xəzər hövzəsi ölkəlri ilə də əlaqələri yüksək səviyyədədir. Qazaxıstan, Rusiya və İranla sıx əməkdaşlıq münasibtəlri yaradılıb. Şöbə müdiri ötən il Erməiistan-Azərbaycan münaqişəsinin nizamalanması yolunda iki ölkə prezidentlərinin və xarici işlər nazirlərinin görüşlərinə, ATƏT-in Minsk Qrupunun həmsədrləirinin səylərinə baxmayraq irəliləyiş olmadığını deyib. Onun fikrincə, münaqişənin həlli istiqamətində irəliləyişin olmamasına beynəlxalq aləmin tərəflərə ikili standartdan yanaşması və Ermənistanın müxtəlif bəhanələrlə vaxt udması səbəb olur. Ancaq cənab Məmmədov 2006-cı ilə ümidlidir. O Azərbaycan Amerika münasibətlərinin yüksələn xətlə inikşaf etdiyini vurğulayıb. Cənab Məmmədovun sözlərinə görə, Azərbaycan və ABŞ terrorizmə qarşı birgə mübarizədən tutmuş, seçkilər, sərhəd məsələləri də daxil olmaqlda çoxşaxəli əməkdaşlıq edir. Novruz Məmmədovun fikrincə, 2006-cı ildə Azərbaycanın xirici siyasət kursu dəyişməz qalacaq. Ancaq islam dünyası və şərq dövlətləri ilə münasibtəlrin dərinləşdirlməsi yolunda da ciddi addımlar atılacaq.
XS
SM
MD
LG